Dəhşətli qəzada ölənlər və yaralananların ADLARI bilindi

10:03 - 3 Mart 2020 - HADİSƏ

Gecə Bakıda ağır yol-nəqliyyat hadisə baş verib.

Məlumata görə, qəza gecə 23 radələrində Ziya Bünyadov prospekti, üzü Koroğlu metrostansiyası istiqamətində qeydə alınıb.

"Hyundai" və "Tofaş" markalı avtomobillər arasında baş verən qəzada iki nəfər ölüb, bir nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yeləşdirilib.

Ölənlərdən biri əvvəllər məhkumluq həyatı yaşamış "Hyundai" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Qardaşxanov Sadiq Cabir oğlu, digəri isə "Tofaş" markalı avtomobilin sürücüsü Şamaxı sakini 1984-cü il təvəllüdlü Dəmirov Namiq Nadir oğludur.

Xəsarət alan 1994-cü il təvəllüdlü Əhmədov Cavid isə hazırda reanimasiya şöbəsində müalicə alır./trend

 

Xəbər xətti