Qobustanda bir ailənin 5 üzvü zəhərləndi

09:32 - 3 Mart 2020 - HADİSƏ

Qobustan rayonunda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

 Qobustan şəhər sakinləri - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti