Bakıda güclü YANĞIN- Foto

23:58 - 2 Mart 2020 - HADİSƏ

Bakının Səbail rayonu ərazisində Salyan şossesində yerləşən "Baku Oil Service" Mərkəzində yanğın baş verib.

Ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları mərkəzdə alovun baş verdiyini görərək hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinə məlumat verib.

Məlumat əsasında FHN-nin 11 texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.
Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.

Qeyd edək ki, yanğın nəticəsində mərkəzin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları yararsız hala düşüb./Apa


Xəbər xətti