Ana səhifə
23 Sentyabr 2018

Millimizə ağır itki

Millimiz "Avro-2016"nın seçmə mərhələsində İtaliya və Xorvatiya yığmaları ilə matça ciddi itki ilə çıxacaq.

 

Ucnoqta.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin futbolçusu Ruslan Abışov zədəli olduğu üçün Azərbaycan milli komandasının bu gündən etibarən başlayan və oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak etməyəcək. Bu isə o deməkdir ki, R.Abışov İtaliya və Xorvatiya ilə matçları buraxmalı olacaq.

Xatırladaq ki, millimiz Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.

Tarix
3 Oktyabr 2014 [11:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin