Əli Əsədov Artur Rasizadənin qərarını ləğv etdi

21:13 - 29 Fevral 2020 - Xəbər

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb. 

Bu barədə Nazirlər Kabinetindən Oxu.Az-a məlumat verilib. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Qərarla buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, sözügedən “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Qərar Artur Rasizadə tərəfindən imzalanıb. 

Xəbər xətti