Baş infeksionist məktəb və universitetlərin bağlanması məsələsindən danışdı

18:40 - 28 Fevral 2020 - Cəmiyyət

“Məktəblərin Novruz bayramı tətilinə daha tez buraxılması müzakirə olunmur”.

Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə qərargah üzvü - respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, koronavirus epidemiyası geniş yayılarsa, universitetlər və məktəblər müvəqqəti dayandırıla bilər:
“Xəstəlik geniş yayılmadığından buna ehtiyac yoxdur. Biz çalışırıq ki, xəstəliyi lokallaşdıraq. Əgər xəstəlik genişlənərsə, ehtiyac yarandığı halda orta məktəblər, bağçalar və universitetlər də bağlana bilər. Hələlik buna ehtiyac yoxdur”.

O qeyd edib ki, hazırda orta məktəblərdə, bağçalarda dezinfeksiya işləri aparılır./oxu.az

Xəbər xətti