Kürdəmirdə çay evində narkotik tapıldı - Foto

Kürdəmir rayon sakinindən küllü miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

 Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rzayev Rüstəm Fərzi oğlu şübhəli şəxs qismində saxlanılıb.

Həmin şəxsin razılığı ilə onun icarəyə götürərək işlətdiyi Kürdəmir şəhəri, C.Cabbarlı küçəsində yerləşən “Arxın üstü” adlanan çay evində keçirilən axtarış zamanı 1 ədəd polietilen torbada təmiz çəkisi 24,87 qram çətənə bitkisinin toxumları, 1 ədəd siqaret bükümündə 0,80 qram qurudulmuş marixuana, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 65,008 qram, 10,358 qram, ümumi təmiz çəkisi 75,366 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.report

Tarix
27 Fevral 2020 [18:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-27 18:56:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin