Səhiyyə Nazirliyi: Koronavirusa görə 186 nəfər həkim nəzarətindədir

14:36 - 27 Fevral 2020 - Xəbər

Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, səhər saat 10.00 üçün  Kliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayırılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında  91 nəfər həkim müşahidəsinə alınıb.

Xəbər xətti