Azərbaycanlılar Ermənistanda: "Erməni xüsusi xidməti, çox pis işləyirsiniz" - Video

17:23 - 26 Fevral 2020 - Xəbər

Sosial şəbəkələrdə maraqlı bir videoçarx yayımlanıb.

Bir qrup azərbaycanlı gənc Ermənistanın paytaxtına səfər edib və bu görüntüləri sosial şəbəkələrdə yayıblar.Onlar çəkiliş edərkən hətta Ermənistanın xüsusi xidmət orqanlarına “sataşmağı” da unutmayıblar. “Erməni xüsusi xidmət orqanları, çox pis işləyirsiniz, hara baxırsınız?”.

Onlar şəhərin işıqlandırma sisteminin bərbad vəziyyətdə olduğunu dilə gətirərək Yervanla Bakının müqayisə olunmayacaq dərəcədə fərqli olduğunu söyləyiblər. “Biz indi qədim Azərbaycan şəhəri olan İrəvandayıq. Uşaqlar, sevimli Bakımızdan fərqli olaraq, sizdə zəif işıqlandırılma var”. Kim olduqları bilinməyən soydaşlarımız çəkiliş zamanı Azərbaycan və rus dilində danışıblar.

Həmçinin Ermənistan xüsusi-xidmət orqanlarına müraciət edən həmvətənlərimiz "çox pis işləyirsiniz" deyə onları ələ salıblar./bizimyol.info

Xəbər xətti