Azərbaycanda evdən 47 min manat oğurlandı

11:51 - 26 Fevral 2020 - HADİSƏ

Ağdamda evdən külli miqdarda pul oğurlayan şəxs tutulub.

 Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki evlərin birindən 27.360 ABŞ dolları oğurlamaqda şübhəli bilinən İmamqulubəyli kənd sakini, əvvəllər məhkum olunmuş S.Əliyev saxlanılıb.

Araşdırma aparılır.
Qeyd edək ki, oğurlanan pullar Azərbaycan valyutası ilə təxminən 47 min manatdır./publika.az

Xəbər xətti