İsgəndər Həmidov vəfat edib

08:16 - 26 Fevral 2020 - Xəbər

Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.  Bu barədə APA-ya Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.  Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.

Xəbər xətti