Bu gün MSK Milli Məclisə seçkilərə yekun vuracaq

16:25 - 25 Fevral 2020 - Xəbər

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə bu gün yekun vuracaq.

Məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə salınıb.
Qeyd edək ki, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir./Apa

Xəbər xətti