İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu

16:00 - 25 Fevral 2020 - DÜNYA

İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçi yeni koronavirusa yoluxub.

Bu barədə nazir müavini özü videomüraciətlə elan edib.

İ.Hərirçinin sözlərinə görə, ötən gün bədəninin temperaturu qalxıb və analiz verib.

Nazir əlavə edib ki, bu gün analizlərin nəticəsinə əsasən yeni koronavirus təsdiqlənib:
“Mən özümü hazırda təcrid etmişəm. Ümumilikdə vəziyyətim yaxşıdır. İşləri telefon vasitəsilə idarə edirəm”./trend

Xəbər xətti