Yol polisini ələ salan gənclər ərəb mahnısının sadaları altında küçə süpürdülər - VİDEO

15:24 - 25 Fevral 2020 - Xəbər

Əlində süpürgə və ərəb mahnısının sədaları altında küçəni süpürdüyü görünür

Gəncədə 20 DT 709 dövlət nömrə nişanlı Mercedes markalı avtomobillə yol polisini ələ salan videoçarx çəkən şəxlər cəzalandırılıb. Ucnoqta.az xəbər verir ki, görüntülərdə guya yol polisi maşını saxlayıb sürücünün sənədlərini yoxlayır, lakin heç bir qüsur tapa bilmir. Sonda ərəb musiqinin sədaları altında rəqs edərək sürücüdən 5 manat pul istəyir.

Bu gün sosial şəbəkələrdə yayılan görüntülərdə isə videonu çəkən şəxslərin əlində süpürgə və ərəb mahnısının sədaları altında küçəni süpürdüyü görünür. 

Xəbər xətti