“Xocalı soyqırımı qurbanlarının xatirəsi”nə həsr olunmuş intellektual oyun keçirilib

13:45 - 25 Fevral 2020 - Xəbər

Fevralın 24-də Biləsuvar rayonunun Şəhər 1 saylı tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri arasında “Xocalı soyqırımı qurbanlarının xatirəsi”nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyununun Final mərhələsi keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı və Xocalı soyqırımı qurbanları 1 dəqiqəlik sükutla yad edilib.
Gərgin keçən mübarizədə rayonun ən güclüləri məlum olub. Belə ki, Səmədabad kənd tam orta məktəbin “Fərahim” komandası üçüncü, İsmətli kənd tam orta məktəbin “Mübarizlər” komandası ikinci və rayonun ən güclü intellektual komandası adını isə Əsgərabad kənd tam orta məktəbin “Apokalipsis” komandası qazanıblar.

Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov çıxışında qeyd edib ki, Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi və şagirdlərimizin intellektual oyunlara marağının artırılması məqsədilə keçirilən bu oyun şagirdlərimizin intellekt səviyyəsinin artırılmasına və onların daha həvəslə təhsilini inkişaf etdirmələrinə stimul olacaqdır.
Qaliblər Biləsuvar Rayon Təhsil Şöbəsinin kubok, medal və diplomlarlı ilə təltif olundular.


Xəbər xətti