Bakıda sevgililər özlərini dənizə atdılar: Qız öldü, oğlan isə...- Təfərrüatlar

Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

 Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməmsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb./publika.az

Tarix
25 Fevral 2020 [11:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-25 11:12:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin