Dəhşətli qətl - Anasını və nənəsini yatdığı yerdə baltaladı

09:44 - 25 Fevral 2020 - HADİSƏ

Ötən gecə Tbilisidə 19 yaşlı gənc ağır qətl hadisəsi törədib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, həmin şəxs keçmişdə baş verən münaqişə zəminində 1946-cı il təvəllüdlü nənəsini və 1974-cü il təvəllüdlü anasını yatmış vəziyyətdə balta ilə öldürüb.

Gənc “isti izlər”lə saxlanılıb. Cinayətdə istifadə olunan balta maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda iki və ya daha çox şəxsin qətlə yetirilməsi maddəsi üzrə istintaq aparılır. Gənci 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir./report 

 

Xəbər xətti