"Fənərbağça"nın baş məşqçisi istefa verdi

23:56 - 23 Fevral 2020 - İDMAN

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefaya gedib.

Bu qərar Superliqanın XXIII turunda "Qalatasaray"a ev məğlubiyyətindən sonra verilib.
Qeyd edək ki, "Qalatasaray" klubu 21 il sonra "Fənərbağça"ya səfərdə qalib gəlib. "Sarı-qırmızılar" "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar./report

Xəbər xətti