Sosial şəbəkədə koronavirus barədə yayılmış səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

23:39 - 23 Fevral 2020 - Xəbər

Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə bəyanat yayıb.
"Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib. Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayrılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır", - bəyanatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi haqda məlumat yayılıb./bakupost.az

Xəbər xətti