Türkiyə-İran sərhəddi də bağlandı

17:25 - 23 Fevral 2020 - Xəbər

Türkiyə-İran sərhəddi müvəqqəti bağlanıb.

Ucnoqta.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranda koronavirusun yayılması səbəbindən Türkiyə İranla sərhəddi müvəqqəti bağlayıb. Türkiyə səhiyyə naziri Fəxrəddin Kocanın sözlərinə görə, İranla quru və dəmiryolu keçidləri saat 5-dən etibarən birtərəfli bağlanır.
Belə ki, İrana gediş olacaq, oradan gələnlərə isə məhdudiyyət tətbiq olunub. 

Qeyd edək ki, bundan öncə İraq, Pakistan və Türkmənistan da İranla sərhəddi bağlayıb.

Xəbər xətti