Türkiyə növbəti dəfə silkələndi

17:23 - 23 Fevral 2020 - Xəbər

Türkiyə vaxtı ilə saat 15:40-da Manisa şəhərində Rixter şkalası üzrə 4,8 bal gücündə zəlzələ olub.

APA-nın Boğaziçi Universitetinin Kandilli Rəsədxanası, Zəlzələ Araşdırma İnstitutuna istinadla verdiyi xəbərə görə, episentri Akhisar rayonunda olan zəlzələ yerin 8,6 kilometr dərinliyində qeydə alınıb.

Təkanlar İzmirdə də hiss edilib.

Xəbər xətti