Sabahın havası açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlayıb

ETSN-dən verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman, çiskin gözlənilir. Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir.

Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Tarix
23 Fevral 2020 [13:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-23 13:35:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin