Bakıda sərnişin avtobusu qəzaya uğradı - Xəsarət alanlar var

00:05 - 23 Fevral 2020 - HADİSƏ

Bakının Sabunçu rayonunda yol qəzası zamanı 2 nəfər xəsarət alıb. Hadisə Sabunçu bazarın yaxınlığında qeydə alınıb. 136 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan 46 yaşlı Həşimov Müşfiq Cəlil oğlu və onun oğlu - 2002-ci il təvəllüdlü Həşimov Hüseyn Müşfiq oğlu xəsarət alıb. Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralı M.Həşimova qapalı kəllə-beyin travması, H.Həşimova isə sınıq xəsarətləri diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır./ BakuPost.az

Xəbər xətti