MSK bu DSK-nın qərarını qüvvədə saxladı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 66 saylı Biləsuvar seçki dairəsindən namizəd Lətifə Əliyevanın müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə əksər seçki məntəqlərində qanun pozuntularının olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Sosial şəbəkələrdə görüntülərə baxılıb və hər hansı qanun pozuntuları aşkar edilməyib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları öz əksini tapmayıb. Ona görə də müraciət əsassız hesab edilməlidir”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib./report

Tarix
22 Fevral 2020 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-22 18:23:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin