Azərbaycanda məktəblərdə yeni virus yayılıb

11:00 - 22 Fevral 2020 - HADİSƏ

Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb.

Xəstəlik dörd aydır davam edir.

Xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb.

Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb.

Məlumata görə, xəstəlik ilk dəfə rayonun Aşağı Quşçu kəndində yayılıb.

Bundan sonra xəstəlik Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrində də yayılmağa başlayıb. Virusun ən çox yayıldığı yerlər məktəblərdir.

  /baku.ws

Xəbər xətti