Azərbaycanda zəlzələ oldu

09:51 - 22 Fevral 2020 - Xəbər

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.  Yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.  Bildirilib ki, yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.  Qeyd edək ki, bu gün saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ olmuşdu.

Xəbər xətti