Bakıda avtomobil piyadanı vuraraq öldürüb

13:46 - 21 Fevral 2020 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 20-də saat 7 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini N.Atabalayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Nərminə Mahmudovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti