Bakıda FACİƏLİ HADİSƏ: qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər

09:39 - 21 Fevral 2020 - HADİSƏ

Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, “Aqroprom” bağları ərazisində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti