Daha bir məntəqədə seçkinin nəticələri ləğv olunub

18:35 - 20 Fevral 2020 - Xəbər

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 107 saylı Qazax Seçki Dairəsindən namizədliyi qeydə alınan Ramin Göyüşovun müraciətinə baxılıb.

Bu barədə MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, iddiaçı 12 məntəqə üzrə 20 videogörüntü, aktlar və digər sənədlərin surətlərini təqdim edib: “Həm sosial şəbəkələrdə, həm də təqdim edilən videogörüntüləri tək-tək araşdırmışam. Təqdim edilən videogörüntülərdə iddiaçının dediyi qanun pozuntuları 2 saylı seçki məntəqəsində əksini tapıb”.

MSK şikayəti müzakirəyə çıxarıb və yuxarıdakı seçki məntəqəsində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilməklə, şikayət qismən təmin edilib./Apa

 

Xəbər xətti