DTX-dan Neftçalada keçirilən əməliyyatla bağlı AÇIQLAMA

15:30 - 20 Fevral 2020 - Xəbər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirir.

DTX İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Xəbər xətti