İranda daha 3 nəfər koronavirusa yoluxub- biri həkimdir

13:15 - 20 Fevral 2020 - DÜNYA

İranda daha 3 nəfərin yeni koronavirusa yoluxması halı təsdiqlənib.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, həmin 3 nəfər Qum və Ərak şəhərlərində xəstəxanalarda nəzarət altındadır.
Cahanpur əlavə edib ki, virusa yoluxanlar İran vətəndaşlarıdır və onlardan biri həkimdir.
Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatdığını təsdiqləyib. Yeni koronovirusla əlaqədar İranın Qum şəhərində ictimai və ziyarət məkanlarına gediş-gəlişlərin məhdudlaşdırılması təklif olunub.

Qeyd edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Xəbər xətti