Bakıda süpürgəçi qadınları maşın belə vurdu - VİDEO

12:21 - 20 Fevral 2020 - Xəbər

Bakıda küçələri təmizləyən kommunal təsərrüfat işçilərinin avtomobillər tərəfindən vurulması halları tez-tez baş verir.

Bəzən gündüz saatlarında, bəzən isə hətta gecə yarısı bu işçilərin yolun hərəkət hissəsində dayanaraq təmizlik işləri aparması, yaxud yolu qaçaraq keçməsi qəzalara səbəb olur. Belə vəziyyətdə onların avtomobillər tərəfindən vurulması kimi acı nəticələr olur.
Ucnoqta.az avtosfer.az-a istinadla xəbər verir ki, hər iki hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Hər iki hadisə günün qaranlıq vaxtında baş verib. İlk videoda kommunal işçisi yolu keçməyə cəhd edir. Bir zolağı keçir, ikinci zolağın sonuna çatanda isə sürətlə hərəkətdə olan avtomobil onu vurur.

İkinci hadisə də təxminən eyni ərazidə, başqa bir vaxtda baş verib. Bu dəfə isə gecə saatlarında qadın yolun hərəkət hissəsində təmizlik işləri görür.
Yaxınlaşmaqda olan sürücü qadını son anda görə bilir. Həm qadını vurur, həm də avtomobili qaçırdan zaman bardürə deyərək qəza törədir və özü də xəsarət alır.

Xəbər xətti