Avroliqada 1/16 final mərhələsi başlayır

11:07 - 20 Fevral 2020 - İDMAN

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

Millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" "Espanyol"u qəbul edəcək. 20 yaşlı hücumçunun Avropa Liqasının oyunları üçün iştirak ərizəsinə daxil edilib. Britaniya mətbuatı Renatın bu görüşdə əsas komandada debüt edəcəyini yazıb.

Qeyd edək ki, cavab görüşləri fevralın 27-də keçiriləcək.

20 fevral

1/16 final mərhələsi, ilk oyunlar

21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya)

21:55. "Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

21:55. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

21:55. ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya)

21:55. "Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya)

21:55. "Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)

21:55. "Sportinq" (Portuqaliya) - "Başakşəhər" (Türkiyə)

00:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

00:00. "Roma" (İtaliya) - "Gent" (Belçika)

00:00. "Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)

24:00. "Alkmaar" (Hollandiya) - LASK (Avstriya)

00:00. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

00:00. APOEL (Kipr) - "Bazel" (İsveçrə)

00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Portu" (Portuqaliya)

00:00. "Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)
/qol.az

Xəbər xətti