Ana səhifə
17 Noyabr 2018

İcra hakimiyyəti 4 nəfəri həcc ziyarətinə göndərib

Səbail rayonunda 2014-cü ilin 9 ayının yekunları müzakirə olunub.

 

 

Ucnoqta.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verib: “Doqquz ay ərzində ölkəmiz dinamik inkişaf edib, ümumi daxili məhsul 2,5 % artıb, qeyri-neft sektorunda inkişaf  6,0 %,  inflyasiya  cəmi 1,5% səviyyəsində olub, əhalinin pul gəlirləri 5,4% artıb. İlin əvvəlindən ölkəmizin  maliyyə resursları 3 milyard 600 milyon dollar artaraq 53 milyard dollara çatıb. 

Hesabat dövründə Səbail rayonu üzrə iri sənaye  müəssisələri tərəfindən 16 milyard 931,4   milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 %  çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.

Nəqliyyat müəssisələri tərəfindən 350,5 milyon manatlıq   nəqliyyat xidmətləri göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,4 % çoxdur. Rabitə müəssisələri tərəfindən   156,1 milyon manatlıq və ya keçən ilin müvaifq dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 939,7  milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100% təşkil edir. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 1 milyard 627,0 milyon manat   olmuşdur.  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri  55,3 % çoxdur.

9 ay ərzində Səbail rayonu ərazisində 1383 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.

Avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda «Şahinlər» və 100 nəfər yeniyetmənin Qusar rayonunda «Gənc Heydərçilər»  yay istirahət düşərgələrində pulsuz istirahəti təşkil olunub,  RİH-nin dəstəyi ilə 4 nəfərin həcc ziyarətinə göndərilib”. 

Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayevə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı,  dövlət başçısının sərəncamı ilə «Əməkdar müəllim» fəxri adı alan və «Tərəqqi» medalı ilə təltif olunan rayon pedaqoji işçilərinə RİH-nin qiymətli hədiyyələri təqdim olunub.   

İclasda RİH-nin şöbə müdiri Qabil Vahidov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova və başqaları çıxış ediblər.

 

Tarix
13 Oktyabr 2014 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin