Bakıda yolda TƏHLÜKƏLİ anlar: Maşının arxasından sallandı - VİDEO

15:57 - 19 Fevral 2020 - Xəbər

Bakıda gəncin sürət yolunda yük maşınının arxasından sallanmasının görüntüləri yayılıb. 

Hadisə Binəqədi rayonunda baş verib.  Görüntülərdə 99-RE-341 dövlət nömrə nişanlı yük maşınının arxasından gəncin sallanması əks olunub. Bir müddət sonra sürücü maşını saxlayıb və gənc aşağı düşərək gedib.

Baş vermiş hadisə arxadan gələn avtomobillərdən birində yerləşdirilmiş kameraya düşüb.
/oxu.az

Xəbər xətti