Milli Məclisin ilk iclasının vaxtı Açıqlandı

VI çağırış Milli Məclisin ilk iclasının martın 2-də keçiriləcəyi gözlənilir.

Mərkəzi Seçki Komissiyası (MSK) yaxın vaxtlarda Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin  nəticələrinə yekun vuracaq.
Qanunvericiliyə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır. Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədləri yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

Dairə seçki komissiyalarının protokolları tələblərə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Parlamentin ilk iclasının martın 2-də - həftənin ilk iş günündə keçiriləcəyi gözlənilir, prosesin nəticəsindən asılı olaraq, vaxt dəyişə də bilər./pravda.az

Tarix
19 Fevral 2020 [11:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-19 11:28:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin