Avstraliyada iki təyyarə toqquşub, ölənlər var

08:50 - 19 Fevral 2020 - DÜNYA

Avstraliyanın Melburn şəhəri yaxınlığında iki təyyarə toqquşub. Trend-in "Ren TV"yə istinadən verdiyi məlumata görə, Melburndan 120 kilometr şimalda baş verən insident nəticəsində 4 nəfər həlak olub. Bildirilir ki, toqquşma 120 metr hündürlükdə baş verib. Hazırda qəza yerinə polislər tərəfindən baxış keçirilir. Qəzanın səbəbləri araşdırılır.

Xəbər xətti