Bu problemi olanlar gecə 1 ədəd yumurta yesin

20:23 - 17 Fevral 2020 - DİGƏR

Əgər siz narahat yatırsızsa, yuxuya getmədə problem varsa, gecəyarı yuxudan oyanırsızsa, əsəbləriniz sakit deyilsə, bu məsləhət sizlikdir.

Naturopatiya üzrə həkim Nik Bits gecə stresi ilə mübarizə aparmaq üçün yatmazdan 1 saat əvvəl bir ədəd yumurta yeməyi məsləhər görür. Qlükoza mübadiləsinin pozulmasının nəticəsi olaraq orqanizm stress hormonu olan kortizol hasil edir. Nəticədə insan daha da gərginləşir.

Bəs gecəyə doğru qanda şəkərin balansını yaratmaq üçün nə lazımdır. Sadəcə 6 qram zülal kifayətdir. Bunun üçün də bir yumurta yemək bəs edir. Ona görə suda bişmiş yumurta yemək insanın əsəb və yuxusunu tənzimləyir.

Əgər yumurta yemək istəmirsizsə, paxla və ya qoz yemək olar. Bir qədər zülal möcüzələr yarada bilər. Sadəcə onu vaxtında qəbul etmək lazımdır. Ona görə sınamağa dəyər./medicina.az

Xəbər xətti