Gürcüstanda yanmış avtomobildə meyit aşkarlandı

18:35 - 17 Fevral 2020 - DÜNYA

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində mərkəzi yolun kənarında yanmış avtomobil aşkar olunub.

Maşında kişi meyiti tapılıb.

Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi bildirilir.

Hadisənin bədbəxt hadisə və ya qətl olması hələ məlum deyil. Maşının ətrafında yerdə qan izləri müəyyən olunub.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunublar. Nəqliyyat vasitəsi ekspertiza bürosuna aparılıb. /report

 

Xəbər xətti