Bakıda bu bankın bəzi filialları bağlandı, 50-dən çox işçisi ixtisar edildi - AÇIQLAMA

16:50 - 17 Fevral 2020 - Xəbər

2010-cu ildə təsis edilmiş Bank "BTB” ASC-nin iki filialı bağlanıb.

Ucnoqta.az "unikal.org"a istinadən xəbər verir ki, bankın "Premium" və "Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub. Hazırda ASC-nin "Ticarət” filialı "Muğanbank”a satılıb. "Premium" filialının səhimləri isə Baş ofisə köçüb. Bankın filiallarını bağlamasını rəsmi elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub.

Məlumatda yaxın günlərdə daha 4 filialın da bağlanacağı bildirilib. Artıq bankın filallarının bağlanması əmanətçilərini də təşvişə salıb.
Mövzu ilə bağlı Bankın Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirdi ki, Bank BTB müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da optimallaşdırır. 

"Bank BTB xidmət nöqtələrinin daha rahat məkanda seçilməsinə xüsusi diqqət verir. Bu səbəbdən xidmət şəbəkəsinin korporativ standartlara uyğun filiallardan təşkil edilməsi və müştəri rahatlığını təmin edən, yeni avadanlıqlarla təchiz olunan xidmət nöqtələrinin istifadəyə verilməsi üzərində artlq intensiv işlərə başlanılıb. Buna misal olaraq, qeyd edə bilərəm ki, müasir standartlara cavab verən "Gənclik” filialı 2019-cu ilin sonlarında müştərilərin istifadəsinə verilib”  – deyə Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirdi.

Fuad Cəfərov əlavə etdi ki, yuxarıda qeyd edilən standartlara cavab verən "Azadlıq" filialı və digər yeni filialların yaxın zamanlarda müştərilərin ixtiyarına verilməsi planlaşdırılır. Bunlarla yanaşı, bu il Bank BTB üçün əlamətdar ildir, çünki, Bank öz fəaliyyətinin 10 illiyini qeyd edir:
"Fəaliyyətimizin 10 illiyini əhatə edəcək "Bank BTB 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində silsilə tədbirlər, məhsul yönümlü kampaniyalar, KSM layihələr və rəqəmsallaşan bank xidmətləri ilə təmsil olunacaq. Sürətlə böyüyən Bank BTB-nin 2019-cu il maliyyə göstəriciləri ilə yanaşı, işçi sayında da 16% artım müşahidə olunur".

Xəbər xətti