“Jara-2020”də ilk: Türk müğənniləri də çıxış edəcək

10:31 - 17 Fevral 2020 - MAQAZİN

İyulun sonu baş tutacaq “Jara-2020” beynəlxalq musiqi festivalında ilk dəfə türk sənətçiləri də çıxış edəcək.

 “Jara”nın rəsmi “Instaqram” hesabında Türkiyənin məşhur rok qrupu “Manga”nın festivalda çıxış edəcəyinin anonsu verilib.

29 iyul-2 avqust tarixlərində keçiriləcək festivalda “Manga” avqustun ilk günü səhnə alacaq.

Qeyd edək ki, 2010-cu ildə keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Türkiyəni təmsil edən “Manga” qrupu “We cold be the same” mahnısı ilə ölkəsinə ikincilik gətirib./oxu.az

Xəbər xətti