Şəhid hərbi qulluqçumuz dəfn edilib - FOTO

14:53 - 16 Fevral 2020 - Xəbər

Fevralın 15 Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn edilib.

Cəbhənin Beyləqan rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan  Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu bu gün doğulduğu Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin edilib.

Qeyd edək ki, Seymur Ələsgərov ailəli olub, 9 aylıq bir oğlu var. /Apa


Xəbər xətti