Şirvanda yeni doğulan körpə ölüb

08:31 - 14 Fevral 2020 - HADİSƏ

Şirvan şəhərində 2 gün əvvəl doğulan körpə ölüb.    APA-nın məlumatına görə, Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib. Bu gün səhər saatlarında körpə ölüb.  Körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti