Pozuntuların 90 faizi ilə bağlı məlumatlar sosial şəbəkələrdə yayılıb

Səsvermə günü baş verən pozuntuların 90 faizi ilə bağlı məlumatlar sosial şəbəkələrdə yayılan görüntülərdədir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov vurğulayıb ki, qanun pozuntularını çəkən adam onu çəkdiyi anda sosial şəbəkələrə yerləşdirir: “Bu çox gözəl ənənədir. Məhz bu məqsədlə məntəqələrdə baş verən qanun pozuntularına münasibət bildirən bloqerlərə minnətdarıq”.

M.Pənahov əlavə edib ki, seçki məntəqələrində müşahidəçinin ancaq seçkini müşahidə etmək və qanun pozuntusu varsa, bunu qeyd edib məntəqə seçki komissiyasının sədrinə təqdim etmək hüququ var. Onun sözlərinə görə, müşahidəçinin vəzifəsi orada seçkini müşahidə etməkdir: “Məntəqədə komissiyaya göstəriş vermək müşahidəçinin hüququ deyil. Məntəqələrin çoxunda müşahidəçilər qanun pozuntularına yol verib. Bu pozuntular hətta cinayət tərkibi ola biləcək pozuntulardır”./trend

Tarix
13 Fevral 2020 [18:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-13 18:22:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin