Ana səhifə Mobil versiya
28 Sentyabr 2020

Azərbaycan millisinə daha bir namizədin adı bəlli olub

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi postuna daha bir namizədin adı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, AFFA yığmamızın “sükanı arxası”na sloveniyalı mütəxəssisi gətirə bilər.

Assosiasiya rəhbərliyinə təklif edilən məşqçilər arasında sloveniyalı Sreçko Kataneç də var. Hazırda İraq yığmasını çalışdıran 57 yaşlı mütəxəssisin ölkəmizə gəlişi istisna edilmir. İraq Futbol Federasiyası ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Kataneç yenidən Avropaya qayıtmaq niyyətindədir.

Qeyd edək ki, məşqçiliyə Sloveniyanın U-21 komandasında başlayan Sreçko Kataneç karyerası ərzində Sloveniya, Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri və İraq yığmasına, eyni zamanda vətənində “Qoritsa” və Yunanıstanda “Olimpiakos” klublarına başçılıq edib.

Tarix
13 Fevral 2020 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-13 13:56:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin