AQTA sədri: “Çindən ölkəyə qida məhsullarının idxalına məhdudiyyət qoyulub”

“Hazırda ölkənin müvafiq qurumları bütün lazımi işləri əlaqəli şəkildə icra edirlər. Bütün işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır”. 

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi brifinqdə deyib. Sədr bildirib ki, agentlik vəzifə səlahiyyətləri çərçivəsində hər hansı yayıla bilən xəstəliyin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Onun sözlərinə görə, hazırda ciddi profilaktik tədbirlər görülür:
“Artıq Çindən ölkəyə müvafiq qida məhsullarının idxalına məhdudiyyət qoyulub. Agentlik respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı vətəndaşların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Bununla bağlı vətəndaşlara və sahibkarlara çoxsaylı müraciətlər olunub. Xüsusilə idxalçı sahibkarlara bəyan edilib ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir”.

Tarix
13 Fevral 2020 [12:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-13 12:04:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin