Çində koronavirusdan ölənlərin sayı kəskin artdı

10:58 - 13 Fevral 2020 - DÜNYA

Çinin Hubey əyalətində fevralın 13-də koronavirusa yoluxan 242 nəfər ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu, sətəlcəm xəstəliyinin yeni tipindən bir gündə qeydə alınan ən çox ölüm hadisəsidir.

Öncəki antirekord fevralın 10-da (103 nəfər) qeydə alınmışdı.

Yeni yoluxma hallarının sayı artaraq 14 840 nəfər olub.

 

Xəbər xətti