Bakı sakininin çantasından narkotik çıxdı

10:05 - 13 Fevral 2020 - HADİSƏ

Bakı sakinində narkotik vasitə aşkarlanılıb.

Hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Məmmədov saxlanılıb.

Onun əl çantansına baxış keçirilən zaman 12 bükümdə 7,525 qram heroin və 2 bükümdə 1,281 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti