WhatsApp istifadəçilərinin sayı 2 milyarda çatıb

21:37 - 12 Fevral 2020 - DÜNYA

"WhatsApp" tətbiqin istifadəçilərinin sayı 2 milyarda çatıb.

Bu barədə bu gün messencerin öz veb saytında rəsmi bloqda yayımlanan açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib: "Bu gün dünyada 2 milyard insanın WhatsApp-dan istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq".

WhatsApp rəhbərliyi messencerin ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələməsindən istifadə etdiyini vurğulayıb:

The Wall Street Journal-a verdiyi müsahibədə WhatsApp-ın baş direktoru Uill Ketkart şirkətin daim istifadəçilərə şifrləmə sistemlərindən istifadə edərək məlumat mübadiləsi imkanı təmin etmək üçün çalışdıqlarını vurğulayıb./trend

 

Xəbər xətti