Bir ailə turşudan zəhərləndi - Ana öldü, ikisinin vəziyyəti ağırdır

İmişli rayonunda zəhərlənmə hadisəsi baş verib. 

Hadisə bu gün səhər saatlarında Qaralar kəndi ərazisində yerləşən fermada qeydə alınıb.

Belə ki, həmin fermanın çobanı - Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Elman Mahmud oğlu Ağayev, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Səyalı Sarış qızı Ağayeva və ailənin 15 yaşlı qız övladı Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra ər və arvad Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin həkimlərin səylərinə baxmayaraq S.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Hazırda M.Ağayevin Bakıda, qızının isə İmişlidə müalicəsi davam etdirilir. Lakin hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, zəhərlənmə evdə konservləşdirilmiş pomidor turşusundan olub. Belə ki, iki gün öncə ailənin hər üç üzvü pomidor turşusu yeyib, bir gün sonra isə vəziyyətləri pisləşib. Nəticədə bu gün səhər saatlarında ailənin hər üç üzvü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. /report

Tarix
12 Fevral 2020 [21:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-12 21:20:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin